bazar ertəsi, 12 may 2025

DÜNYA FUTBOLU

"Barselona"nın transfer planı

15.04.2020 11:50 Oxundu 807


İspaniyanın "Barselona" klubu transfer pəncərəsi dövründə heyətini gücləndirmək niyyətindədir.
 Cempion.az 
"Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Barselona" "Real Sosyedad"ın hücumçusu Aleksandr İsakın xidmətində maraqlıdı. Katalon klubunun rəhbərliyi onu Lautaro Martinesin ("İnter") alternativi kimi görür.

20 yaşlı oyunçunun təzminat məbləği (111 milyon avro) transferə mane ola bilər.

Qeyd edək ki, Dortmund "Borussiya"sının 2022-ci ilə kimi 30 milyon avro qarşılığında İsakı geri qaytarmaq haqqına sahibdi.