bazar ertəsi, 12 may 2025

DÜNYA FUTBOLU

Çalhanoğlu "Milan"dan ayrıla bilər

15.04.2020 16:38 Oxundu 878

İtaliyanın "Milan" klubunda forma geyinən Hakan Çalhanoğlu komandadan ayrıla bilər.

Cempion.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçinin meneceri Qordon Stipiç İtaliya mətbuatına bunları deyib: Əyər klubda baş məşqçi dəyişikliyi olarsa və bu vəzifəyə Ralf Radnik gətirilərsə Hakan Çalhanoğlu klubdan ayrılmaq məcburiyyətində qalacaq. Çunki ulduz futbolçu almaniyalı baş məşqçinin taktiki planına daxil deyil.

Qordon sonda bunları qeyd edib: Hal-hazırda Çalhanoğlu ilə həm Almaniya klubları həm də, Türkiyə klubları yaxından maraqlanır. Futbolçunun gələcək talehinə qısa gündə aydınlıq gələcək.

Qeyd edək ki, 26 yaşlı türkiyəli futbolçu bu mövsüm Seria A-da 25 oyuna çıxıb, 5 qol vurub