bazar ertəsi, 12 may 2025

BİZİM FUTBOL

Azərbaycanda daha bir stadionda iş dayandırıldı - EKSKLÜZİV!

15.04.2020 18:00 Oxundu 926

Koronavirus tək iqtisadiyyata yox, idmana da böyük zərbə vurdu. Hazırda dünyada bütün idman yarışları dayandırılıb, bütün idman qurğuları qapadılıb. O cümlədən də Azərbaycanda.

Cempion.az Şamaxı, Tovuz və Gəncə stadionlarında təmir-tikinti işlərinin dayanması haqda xəbər vermişdi.

Əldə etdiyimiz məlumata görə, Quba Olimpiya Stadionunda aparılan təmir işləri də yarımçıq dayandırılıb. Təbii, virusdan əlavə, maddi vəziyyətin də öz təsiri var. İşlərə iyun ayında davam etdiriləcəyi gözlənilir.