15.04.2020 19:02
912


"Keşlə"nin təcrübəli futbolçusu Əfran İsmayılov Cempion.az-a müsahibə verib:
- Əfran, necəsən?
- Sağ olun, yaxşıyam.
- Fərdi məşqlər necə gedir?
- Hal-hazırda klubdan verilən məşq proqramı ilə məşğul oluram. Klub tərəfindən müəyyən olunmuş vaxtlarda video görüntü ilə məşqlərmizi edirik.
- Bu məşqlər formadan düşməmək üçün kömək edirmi?
- İstədiymiz effekti almasaq da, azından formada qalmaqmıza kömək edir.
- Artıq çəki almamaqdan necə qorunursuz?
- Artiq ceki almamaq üçün mümkün qeder az yemək yeyirəm. Əsasda axsamlar yemək yeməməyə çalışıram.
- Uzun müddətli fasilədən sonra futbolçulara formalarını bərpa etmək üçün nə qədər vaxt lazımdır?
- Əvvəlki formamızı bərpa etmək üçün təlim-məşq toplanışına ehtiyyacımız var. Təxmini 15-20 gün lazım olacaq ki, əvvəl ki, formamızı tam bərpa edək.