bazar ertəsi, 12 may 2025

DÜNYA FUTBOLU

Kante qərarını açıqlayıb

15.04.2020 21:00 Oxundu 915


"Çelsi"nin fransalı futbolçusu Nqolo Kante London təmsilçisində qalmaq istəyir.

Cempion.az Britaniya mətbuatına istinadən xəbər verir ki, klubu onu satmaq istəsə də, fransalı yarımmüdafiəçi ayrılmaq haqda düşünmədiyini rəhbərliyə bildirib.

Qeyd edək ki, "Çelsi"nin Kanteni 70 milyon avroya satmaq istədiyi iddia olunur. Onunla "Barselona" və "Real"ın maraqlandığı bildirilir.