16.04.2020 14:00
995


AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik böyük ehtimalla mövsüm başa çatan kimi postundan ayrılacaq.
Cempion.az xəbər verir ki, buna səbəb avstriyalının işinin öhdəsindən layiqincə gələ bilməməsi və AFFA-nın onun fəaliyyətindən narazı qalmasıdır.
Əldə etdiyimiz son məlumata görə, Ştuxlik özü də məsələdən xəbərdardı. Hətta verilən məlumata görə, bu şəxs artıq Avstriyada özünə yeni iş axtarmağa başlayıb.