bazar ertəsi, 12 may 2025

MÜSAHİBƏ

Qara Qarayev: "Çalışıram ki, evdə fəal  işlərlə məşğul olum"

16.04.2020 18:30 Oxundu 1259

"Qarabağ"ın təcrübəli yarımmüdafiəçisi Qara Qarayev Cempion.az-a müsahibə verib:


- Qara, necəsən?
Sağ olun, yaxşıyam.

- Karantin dövründə evdə vaxtınızı necə keçirisiz?
- Hər kəs kimi bizdə bu çətin dövürdə evdə oluruq. Ailəmizlə vaxt keçiririk. Kitab oxuyuram film izləyirəm. Evin bəzi işləri var onları həll etməyə çalışıram. Çalışıram ki, evdə fəal  işlərlə məşğul olum.

- Fərdi məşqlər necə gedir?
- Fərdi məşqlər yalnız ev şəraitində edirəm. Özümün bəzi idman alətlərim var onlarla məşğul oluram. Çalışıram ki, daha çox idman edim ki, bədənim formasından düşməsin.


- Onlayn məşqlərdə istədiyini əldə edə bilirsən?
- Onlayn məşqlər yalnız əzələlərin ölməməsi üçün yararlıdır. Amma bizə lazım olan işi heç vaxt onlayn məşqlərlə əldə etmək olmaz. İstədiymiz formanı qorumaq üçün bizə geniş meydança lazımdır. Həm də, topla çalışmalar.

- Artıq çəki almamaq üçün nələr edirsən?
- Həm karantin dövründən əvvəl həm də, indi şəkər yemirəm. Amma az şəkərli ədviyyat qəbul edirəm.Elə bir orqanizmim varki artıq çəkini yığan futbolçulardan deyiləm.

- Əyər çempionat dayandırılarsa buna münasibətiniz necə olar?
- Bu üst qurumların verəcəyi qərardı. Biz bu qərarın nə əksinə, nə də lehinə heç bir şey deyə bilmərik. 

Uzun müddətli fasilədən sonra futbolçulara formalarını bərpa etmək üçün nə qədər vaxt lazımdır?
-  Tezliklə çempionatmız bərpa olarsa, çalışacayıq ki, minimum vaxtda öz formamızı bərpa edək.