bazar ertəsi, 12 may 2025

DÜNYA FUTBOLU

UEFA videokonfrans keçirəcək

16.04.2020 19:22 Oxundu 758


UEFA İcraiyyə Komitəsi aprelin 23-də videokonfrans vasitəsi ilə bir araya gələcək. 

Cempion.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu iclas aprelin 21-də UEFA-ya üzv olan 55 milli assosiasiya ilə görüşdən sonra olacaq. 

İclaslarda həm daxili, həm də avrokuboklarla bağlı məsələlərə baxılacaq.

UEFA İcraiyyə Komitəsinin iclasından sonra əlavə məlumatın veriləcəyini vurğulayıb.