16.04.2020 20:42
865

“Çelsi” ilə müqaviləsi cari mövsümün sonunda bitəcək Olivye Jiru “İnter”ə keçməyə yaxındır.
Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “neradzurra” 33 yaşlı hücumçuya müqavilə təklif edəcək. Mövsümün sonunda Jirunu heyətinə qatmaq istəyən “İnter”, ona ildə 6,5 milyon avro qazanacağı 2+1 illik müqavilə təklif etməyə hazırlaşır.
Daha əvvəl, Jirunun 3 illik müqavilə tələb etdiyi barədə məlumat yayılmışdı.
Qeyd edək ki, Jiru 2018-ci ilin yanvarından “Çelsi”nin şərəfini qoruyur.