17.04.2020 10:22
864

PSJ-nin hücumçusu Neymar yay transfer pəncərəsində "Barselona”ya qayıtmayacaq.
Cempion.az “Catalunya Radio”ya istinadən xəbər verir ki, katalon klubu koronavirus pandemiyası ilə əlaqədar yaranan maliyyə böhranına görə yay transfer pəncərəsində braziliyalı hücumçunun transfer imkanını istisna edib.
Qeyd edilir ki, "Barselona”nın əsas transfer hədəfi "İnter"in hücumçusu Lautaro Martinesdir.
Neymar "PSJ"yə 2017-ci ilin yayında “Barselona”dan 222 milyon avroya keçib. Braziliyalı ötən yay yenidən əvvəlki komandasına qayıtmağa cəhd edib, ancaq klublar sazişin maliyyə şərtlərini razılaşdıra bilməyib.