17.04.2020 11:50
799


Fransanın PSJ klubu heyətini Merih Demiral ilə gücləndirmək niyyətindədir.
Cempion.az Fransa mətbuatına istinadən xəbər verir ki, türkiyəli müdafiəçi PSJ ilə müqaviləsi bitəcək olan Tiaqo Silvanın yerinə transfer oluna bilər.
Xəbərdə bildirilir ki, PSJ rəsmiləri yaxın günlərdə "Yuventus" klubuna təklif göndərəcək.
Qeyd edək ki, Merih Demiral İtaliya klubu ilə 7 oyuna çıxıb 1 qol vurub.