17.04.2020 12:26
805

London "Arsenal"ı koronavirus pandemiyasına görə oyunçularla əmək haqlarının azaldılması haqqında razılaşmaya yaxındır.
Cempion.az “The Athletic” nəşrinə istinadən xəbər v erir ki, oyunçuların əksəriyyəti əmək haqlarının ayda 12,5% azaldılmasına razılaşıblar. Razılaşma bu ilin aprelindən 2021-ci ilin martına qədər davam edəcək. Bu, həm də klubun Çempionlar Liqasına düşməsindən asılıdır.
Maaşlarının azaldılması təklifini rədd edən futbolçuların aqibətinin necə olacağı hələlik məlum deyil. Əgər razılaşma reallaşsa, "Arsenal" İngiltərə Premyer Liqasının maaşları azaldacaq ilk klubu olacaq.
Qeyd edilir ki, daha əvvəl oyunçular bu təşəbbüsə razılaşmaqdan imtina ediblər, amma "Arsenal”ın baş məşqçisi ispan Mikel Arteta onları inandıra bilib.