
Aleksandr Əliyevin 2010-2011 aralığında formasını geyindiyi "Lokomotiv”in eks-prezidenti Olqa Smorodskaya haqda dediklərindən yəqin ki, çoxunuz xəbərdarsız.
Cempion.az xəbər verir ki, babası azərbaycanlı olan yarımmüdafiəçi Smorodskayanın özünü klubun yiyəsi kimi göstərmək üçün dəridən-qabıqdan çıxdığını söyləmişdi.
Ukrayna millisinin sabiq üzvü xanım başqanın onu toplanışa gecikdiyi üçün 30 min dollar məbləğində cərimələdiyini də vurğulamış və bu adamla əvvəldən yola getmədiyini açıqlamışdı.
Sportinfo.az xəbər verir ki, Smorodskaya oyunçunun söylədiklərinə Rusiya mətbuatı vasitəsi ilə belə cavab verib: "Onunla söz davasına çıxmaq fikrindən uzağam.
Məncə, buna dəyməz. Həyat kimin səhv, kimin düz olduğunu göstərdi. Yuri Syomin komandadan ayrılandan sonra o da getmək istəyirdi.
Buna görə də qovulmaq üçün hər şey etdi. Məsələn, səbəbsiz şəkildə məşqlərə gəlmirdi. Olqa Smorodskaya nə etməliydi? Əliyev hara istədisə, ora dr a getdi”.