17.04.2020 17:00
907


Manuel Skarlatake daha 1 il "Zirə"nin şərəfini qoruyacaq.
Cempion.az-a kluba yaxın mənbədən daxil olan məlumata görə, klubdan rumıniyalı futbolçuya yeni müqavilə təklif olunub.
Skarlatake də uzun müddətdir Azərbaycanda oynadığından və buraya öyrəşdiyindən təklifi qəbul edib. Karantin müddətindən sonra tərəflər arasında rəsmi müqavilə bağlanacaq.