18.04.2020 12:37
601


"Keşlə" aparıcı futbolçularından olan Meza Kolli ilə hələ də razılığa gələ bilməyib.
Cempion.az-a daxil olan məlumata görə, klubun müşahidə şurasının sədri Zaur Axundov paraqvaylının yeni müqavilə bağlamasını istəyir.
Lakin futbolçu maaşının artırılmasını istəyir. Üstəlik, başqa klublardan təklif aldığını deyərək, süni şəkildə qiymətini də qaldırır. Odu ki, məsələ hələ açıq qalıb.