18.04.2020 18:20
655


"Milan" klubunun rəsmiləri koronavirus səbəbiylə ölkələrinə gedən futbolçuları geri çaxırdılar.
Cempion.az "La Gazzeta dello Sport"a istinadən xəbər verir ki, "Milan" klubu may ayında məşqlərə başlaya biləcəklərini ölkədən kənarda olan futbolçularına bildirib.
Xəbərdə bildirilir ki, İtaliyadan kənarda olan futbolçular Zlatan İbrahimoviç, Hakan Çalhanoğlu, Simon Kayer, Asmir Beqoviç, Lukas Paqueta və Rafayel Leodur.
Qeyd edək ki, bu futbolçular geri dönəndən 14 gün sonra karantində saxlanılacaqlar.