19.04.2020 13:10
824

"Real"ın müdafiəçisi, Dortmund "Borussiya"sında icarə əsasında çıxış edən Əşrəf Hakimi Almaniyada qala bilər.
Cempion.az xəbər verir ki, Hakimi baş məşqçi Zinəddin Zidanın planlarına daxil deyil və fransız çalışdırıcı müdafiənin sağ cinahında Dani Karvahala şans verməyə davam etmək niyyətindədir.
Bu səbəbdən mərakeşli futbolçunun daha bir müddət "Borussiya"da oynayacağı gözlənilir. Hakiminin icarə müddəti 2020-ci ilin yayında bitir. 21 yaşlı oyunçunun "Real"la müqaviləsi isə 2022-ci ildə başa çatır.
Cari mövsümdə Bundesliqada 25 matçda meydana çıxan Hakiminin aktivində 3 qol, 10 məhsuldar ötürmə var.