çərşənbə, 14 may 2025

BİZİM FUTBOL

Azərbaycan çempionatı azarkeşsiz keçiriləcək?

19.04.2020 14:02 Oxundu 634


Azərbaycan Premyer Liqasının nə zaman bərpa olunacağı hələ ki, məlum deyil. Çünki böyük ehtimalla karantin müddəti uzadılacaq. Bu isə o deməkdir ki, mövsüm bərpa olunsa belə, bu, iyundan tez olmayacaq. Sual doğuran əsas məsələlərdən biri də oyunlara azarkeşlərin buraxılıb-buraxılmayacağı ilə bağlıdır.

Cempion.az xəbər verir ki, hələlik bu haqda rəsmi heç bir açıqlama yoxdur.

Lakin PFL bütün oyunları azarkeşsiz keçirməyi düşünür. Bu haqda rekord.az saytı məlumat yayıb.