20.04.2020 15:06
782

"Real Madrid” Londonun "Tottenhem” klubunda top qovan Harri Keyni almaqdan imtina edib.
Cempion.az xəbər verir ki, bu barədə "Deyli Meyl” yazıb.
Qəzetin məlumatına görə, "Kral klubu” koronavirus pandemiyası səbəbindən yaranan maliyyə böhranına görə iri transferlər həyata keçirməkdən imtina edib.
Qeyd edək ki, bir müddət əvvəl "Real”ın Keyn üçün London klubuna 200 milyon funt-sterlinq ödəmək istədiyi bildirilmişdi.