20.04.2020 17:04
994


"Sumqayıt"ın təcrübəli müdafiəçisi Şəhriyar Əliyev Cempion.az-a müsahibə verib:
- Salam Şəhriyar, necəsən?
- Salam çox sağ olun, yaxşıyam.
- Karantin dövründə evdə vaxtınızı necə keçirirsiz?
- Çox vaxtı evdə oluram. Həyətdə dostlarımla futbol və tenis oynayıram. Boş vaxtımız çox olur deyə bu vaxtdan səmərəli istifadə etməyə çalışıram.
- Online məşqlərdən istədiynizi əldə edə bilirsiz?
- Online məşqlər stadiondakı nəticəni verməsə də, maksimum bu məşqlərdən nəsə əldə etməyə çalışıram ki, formadan düşməyim.
- Artıq çəki almamaq üçün nələr edirsən?
- Evdə olduğum üçün artıq çəkidən qorunmaq çox çətindir. Çalışıram ki , yağlı yemək yemirəm ki, çəki artmasın.
- Karantindən sonra əvvəl ki, formanızı bərpa etmək üçün nə qədər vaxt lazım olacaq?
- Fasilə həddindən artıq çox oldu. Belə fasilə olacağın gözləmirdik. Ən azı bizə 3 həftə lazımdır ki, əvvəl ki, formamıza qayıdaq.
- Əyər çempionat dayandırılarsa buna munasibətiniz necə olar?
- Çempionatın davam etməsini istəyirik. Yenə də, qərarı PFL verəcək.
Fasilədən sonra "Sumqayıt" yenədə öz hədəfinə çatmaq üçün mübarizə aparacaq?
Əsas məqsədimiz Avrokuboklara vəsiqə qazanmaqdır. Bunun üçün mübarizəmizi sona kimi davam etdirəcik.