çərşənbə, 14 may 2025

DÜNYA FUTBOLU

Ən yaxşı qapıçıların yeni siyahısı

20.04.2020 17:29 Oxundu 800


Dünyanın ən yaxşı qapıçılarının yeni siyahısı tərtib edilib.

Cempion.az xəbər verir ki, Britaniyanın “FourFourTwo” jurnalı ən yaxşıları müəyyənləşdirib.

Reytinq siyahısına "Atletiko"nun qapıçısı Yan Oblak başçılıq edir. "Liverpul"un braziliyalı qolkiperi Alisson Bekker ikinci sırada qərarlaşır. "Barselona"dan Mark-Andre ter Ştegen isə 3-cüdür.

Dünyanın ən yaxşı 10 qapıçısı:

1. Yan Oblak ("Atletiko")

2. Alisson Bekker ("Liverpul")

3. Mark-Andre ter Ştegen ("Barselona")

4. Tibo Kurtua ("Real")

5. Keylor Navas (PSJ)

6. Peter Qulaçi ("Leypsiq")

7. Samir Handanoviç ("İnter")

8. Manuel Noyer ("Bavariya")

9. Ederson Moraeş ("Mançester Siti")

10. David De Xea ("Mançester Yunayted")