çərşənbə axşamı, 31 mart 2026

BİZİM FUTBOL

"Qarabağ"ın futbolçusu Türkiyədən gələn təklifi geri çevirdi - EKSKLÜZİV

20.04.2020 19:00 Oxundu 907

"Alanyaspor” "Qarabağ”ın müdafiəçisi Aylton da Silvaya elçi düşüb. Türkiyə təmsilçisi braziliyalı cinah müdafiəçisinin müqavilə ilə məxsus olduğu "Ştutqart”a müraciət edib. Türkiyə klubu yayda ağdamlılarla olan icarə müqaviləsinin müddəti başa çatacaq cənubi amerikalını transfer etmək istəyir.

Lakin Cempion.az-a daxil olan məlumata görə, futbolçu özü bu təklifə isti baxmayıb.

O, indiki halda "Qarabağ"da oynamağı daha üstün tutub. Bununla da məsələ bağlanıb.