21.04.2020 10:12
758

Almaniya "Bavariya"sı futbolçusu Alfonso Devislə müqaviləni uzadıb.
Cempion.az Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, kanadalı yarımmüdafiəçi ilə 30 iyun 2025-ci ilədək razılıq əldə olunub.
Devis bu komandaya 2018-ci ildə Kanada "Vankuver Uaytkeps"indən keçib.
Qeyd edək ki, 19 yaşlı futbolçu cari mövsüm 21 oyunda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.