çərşənbə, 14 may 2025

BİZİM FUTBOL

Afrikalı futbolçu "Sabah"ın hədəfində

21.04.2020 13:57 Oxundu 766


“Sabah” komandası Cənubi Afrikanın “Orlando Pirates” klubunda çıxış edən Vinsent Pule ilə maraqlanır.

Cempion.az “Citizen” nəşrinə istinadən verdiyi məlumata görə, paytaxt təmsilçisi 28 yaşlı hücumçunu transfer siyahısına daxil edib.

“Sabah”ın digər cənubi afrikalı oyunçu Hendrik Ekşteyni aldıqdan sonra bu ölkənin futboluna maraq göstərdiyi və futbolçularını izlədiyi bildirilir. “Orlando Pireates”in rəsmi təklif gəldikdə qəbul edib-etməyəcəyi bəlli deyil.

Qeyd edək ki, Hendrik Ekşteyn 2019-cu ilin yayında "Sabah"a keçib. O, carı mövsümün qış transfer dönəmindən "Səbail"in formasını geyinir. 

Qeyd edək ki, Vinsent Pule ölkəsində "Orlando Pirates"lə yanaşı, "Afrikan Varriors" və "Vidvest Vits" komandalarının da şərəfini qoruyub.