21.04.2020 15:00
793

İtaliyanın “Yuventus” klubu hücumçusu Qonsalo İquaynla bağlı qərarını verib.
Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora” 32 yaşlı futbolçunu satacaq. Klubun yüksək məvacibli İquaynı sataraq, başqa hücumçu almaq istədiyi bildirilir. Turin klubunun argentinalı futbolçunun əvəzinə “İnter”dən Mauro İkardini və ya “Mançester Siti”dən Qabriel Jesusu almaq istədiyi deyilir.
Qeyd edək ki, “Yuventus”da illik 7,5 milyon avro qazanan İquaynın klubla müqaviləsi 2021-ci ilin iyununda başa çatır.