21.04.2020 17:00
722


Yayda "Turan Tovuz" rəhbərliyində dəyişiklik olacaq.
Cempion.az-a daxil olan məlumata görə, kluba AFFA tərəfindən rəhbər təyin olunan Oqtay Abdullayev postundan gedəcək.
Bunun da bir sıra səbəbləri var. İlk növbədə Abdullayevlə AFFA-nın icraçı-vitse prezidenti Elxan Məmmədov arasında soyuqluq yaranıb. Bundan başqa, klubda maliyyə durumu da yaxşı deyil. Klubun Premyer Liqaya yüksələcəyi də inandırıcı görünmür. Bunlarla paralel, Abdullayevin səhhətindəki problemlər də onun tez-tez Tovuza gedib gəlməsinə imkan vermir. Əldə etdiyimiz məlumata görə, Abdullayev gedəcəyi halda onu bu postda Nadir Nəbiyev əvəzləyəcək.