21.04.2020 20:01
826

UEFA-nın koronavirus səbəbindən yarımçıq dayandırılan Çempionlar Liqasının oyunları ilə bağlı planlaşdırdığı yeni təqvimi müəyyənləşib.
Cempion.az xəbər verir ki, bu barədə İtaliyanın "Corriere dello Sport" nəşri məlumat yayıb. Bildirilib ki, 1/8 final mərhələsinin qalan 4 oyunu 7-8 avqustda keçirildikdən dərhal sonra 1/4 finalın püşkü atılacaq.
11 - 15 avqust 1/4 final, 18 - 22 avqust yarımfinal və 29 avqustun final görüşü keçiriləcək.ÇL-də 1/8 finalın qalan matçları
"Yuventus"- "Lion"
"Mançester Siti" - "Real" Madrid
"Barselona" - "Napoli"
"Bavariya" - "Çelsi"
ÇL-də 1/4 finala yüksələn komandalar
PSJ
"Atalanta"
"Atletiko" Madrid
"Leyptsiq"