22.04.2020 13:10
764


"Milan"da forma geyinən türkiyəli futbolçu Hakan Çalhanoğlu müqaviləsini uzadır.
Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, "Milan" rəsmiləri 26 yaşlı yarımmüdafiəçi ilə önümüzdəki həftələrdə yenidən masaya oturacaqlar və Hakan Çalhanoğluna 5 illik müqavilə təklif edəcəklər.
Xatırladaq ki, 2017 ci ildə "Milan"a transfer olan türkiyəli futbolçunun İtaliya klubunda illik gəliri 2,5 milyon avro olacaq.
Qeyd edək ki, bu mövsüm "Milan" klubu ilə 23 oyuna çıxan Çalhanoğlu bu qarşılaşmalarda 3 qol vurub.