çərşənbə, 14 may 2025

DÜNYA FUTBOLU

Millətlər Liqasının yeni tarxi bəlli oldu

22.04.2020 13:52 Oxundu 725


UEFA Millətlər Liqasının pley-off oyunlarının yeni tarixi bəlli olub.

Cempion.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun vitse-prezidenti Şandor Çani Macarıstan mətbuatına açıqlama verib.

O bildirib ki, qarşılaşmalar oktyabr və ya noyabr aylarında təşkil oluna bilər. Macarıstanlı futbol funksioneri sözügedən ayların matçların keçirilməsi üçün ideal vaxt olduğunu bildirib.

Millətlər Liqasının pley-off görüşləri 2 dəfə təxirə salınıb. Matçlar əvvəlcə mart ayından iyuna, daha sonra isə sentyabra keçirilib.

A Liqası

İslandiya - Rumıniya

Bolqarıstan - Macarıstan

B Liqası

Bosniya və Herseqovina - Şimali İrlandiya

Slovakiya - İrlandiya

C Liqası

Şotlandiya - İsrail

Norveç - Serbiya

D Liqası

Gürcüstan - Belarus

Şimali Makedoniya - Kosovo

Qeyd edək ki, bu oyunlardan sonra AVRO-2020-yə vəsiqə qazanacaq son 4 komanda bəlli olacaq. Daha öncə Avropa çempionatının 2021-ci ildə keçiriləcəyinə dair qərar verilib.