çərşənbə, 14 may 2025

DÜNYA FUTBOLU

Sabiq "Qarabağ"lı "Milanı" tərk edir

22.04.2020 15:47 Oxundu 713


İtaliyanın “Milan” klubunun qapıçı Asmir Beqoviçlə yollarını ayıracağı dəqiqləşib.

Cempion.az “Tuttosport”a istinadən verdiyi məlumata görə, 33 yaşlı qolkiperin yayda müqavilə ilə məxsus olduğu İngiltərə “Bornmut”una qayıdacağı dəqiqləşib. "Qırmızı-qaralar"ın heyətində icarədə olan digər oyunçular kimi, o da öz klubuna dönəcək. 

Bosniya və Herseqovina millisinin üzvü "Milan"ın əsas qapıçısı Canluici Donnarummanın zədələnməsindən sonra iki görüşdə iştirak edib. Lakin koronavirus pandemiyası səbəbindən A Seriyası dayandırıldıqdan sonra Donnarumma zədəsini bərpa edib. O, çempionatın bərpasından sonra yenidən əsas heyətdə yer alacaq. Beləliklə, Beqoviç "San-Siro" sərgüzəştlərini iki görüşlə başa vuracaq.

Qeyd edək ki, Asmir Beqoviç mövsümün ilk yarısında “Qarabağ”da çıxış edib. Təcrübəli oyunçunun Ağdam təmsilçisində qalmasına məhz "Milan"ın təklifi mane olub. Onun "Bornmut"la sözləşməsi 2021-ci ilin iyununadəkdir.