çərşənbə, 14 may 2025

DÜNYA FUTBOLU

Millinin formasını geyinən futbolçuları qoyuna bənzətdilər

22.04.2020 19:06 Oxundu 836


“Almalık”FK-nın mətbuat xidmətinin rəhbəri Şahboz Beqamov Özbəkistan Futbol Assosiasiyasını “Maksimum” yumoristik şousunda milli ilə bağlı zarafatlara diqqət etməyə çağırıb.

Cempion.az xəbər verir ki, o, bu barədə öz “Telegram“ kanalında yazıb.

Onun sözlərinə görə, komediyaçılar “Maksimum” şousunda tamaşaçılarla birlikdə yığma komandanın uğursuzluqlarını ələ salaraq, oyunçuları qoyuna bənzədib.

Beqamov Özbəkistan millisinin sabiq baş məşqçisi Ektor Kuperin bir sürüyə təlimat verdiyini əks etdirən satirik videosuna çox qəzəblənib.

Mətbuat xidmətinin rəhbəri öz postunda vurğulayıb ki, belə yumoristik yanaşma ilə millinin imici məhv edilir. Ona görə də assosiasiya bu məsələyə hüquqi qiymət verməlidir.