çərşənbə, 14 may 2025

DÜNYA FUTBOLU

"Mançester Yunayted"in transfer planı

23.04.2020 12:02 Oxundu 913


Koronavirusa baxmayaraq, minumum maliyyə problemi yaşayan "Mançester Yunayted" ən yaxın transfer pəncərəsində heyətini 4 futbolçu ilə gücləndirməyi planlaşdırır.

Cempion.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, klubun baş məşqçisi Ole-Qunnar Sulşer Cek Qriliş ("Aston Villa"), Ceydon Sanço ("Borussiya" Dortmund), Jude Bellinqhem ("Birminqem") və bir müdafiəçi transsfer olunmasını istəyir.

"MY"da müdafiə xətti üçün namizəd oyunçular Matteys De Liqt ("Yuventus"), Kalidu Kulibali ("Napoli"), Dayo Upamekano ("Leyptsiq") olduğu bildirilir.