23.04.2020 14:57
638

“İnter” klubu futbolçusu Eşli Yanqla bağlı qərarını verib.
Cempion.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “neradzurra” 34 yaşlı yarımmüdafiəçini heyətdə saxlamağa qərar verib. Komandanın baş məşqçisi Antonio Konte futbolçunun çıxışından razıdır. Klub futbolçunun sözləşməsində olan “müqaviləni bir illik uzatmaq” bəndindən istifadə edəcək. Yanqla 2021-ci ilin iyununadək nəzərdə tutulan yeni müqavilə imzalanacaq. İngiltərəli futbolçunun “İnter”də illik 3 milyon avro qazanacağı bildirilir.
Qeyd edək ki, Yanq yanvarda “İnter”ə transfer olunmuş və 6 aylıq müqavilə imzalamışdı.