çərşənbə, 14 may 2025

DÜNYA FUTBOLU

UEFA daha bir Avropa çempionatını təxirə saldı

23.04.2020 21:00 Oxundu 638


UEFA qadınlar arasında gələn il keçirilməli olan Avropa çempionatını təxirə salıb.

Cempion.az qurumun saytına istinadən xəbər verir ki, turnirin 2021-ci ildə yox,  2022-ci ildə keçiriləcəyi açıqlanıb.

Bildirilib ki, kişilər arasında Avro-2020-nin koronavirus səbəbindən 2021-ci ilə salınması ilə əlaqədar bu qərar verilib. UEFA qadın futbolunun inkişafı üçün hər iki turnirin eyni ildə keçirilməsini istəməyib. Bununla da, qadınlar arasında Avropa çempionatının 2022-ci ilin yayında yeganə böyük turnir olacağı vurğulanıb.

Qeyd edək ki, qadınlar arasında Avropa çempionatı 6-31 iyul tarixlərində İngiltərədə keçiriləcək.