çərşənbə, 14 may 2025

DÜNYA FUTBOLU

UEFA çempionatlarla bağlı qərar verdi

23.04.2020 21:47 Oxundu 837


UEFA çempionatı başa çatdıra bilməyən ölkələrdə avrokubok iştirakçılarını idman prinsipləri əsasında müəyyənləşdirəcək.

Cempion.az "The Times" nəşrinə istinadən xəbər verir ki, məsələ ilə bağlı qərar qitə futbol qurumunun İcraiyyə Komitəsində qəbul olunub. İddia edilir ki, 2019/2020 mövsümünü bitirmək mümkün olmasa, avrokuboklara vəsiqələr çempionatların dayandırılmasından əvvəl toplanan xallara əsasən bölünəcək. 

Qeyd edək ki, bu gün UEFA İcraiyyə Komitəsinin milli çempionatlar və avrokuboklar barədə qərar verəcəyi gözlənilir.