çərşənbə, 14 may 2025

DÜNYA FUTBOLU

A Seriasının tamamlanma vaxtı açıqlandı

24.04.2020 11:22 Oxundu 795


Koronavirus pandemiyası səbəbiylə dayandırılan İtaliya A Seriyasının tamamlanma tarixi ilə bağlı yeni vaxt açıqlanıb.

Cempion.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası açıqlama yayıb. Federasiyanın prezidenti Qabriel Qravin mövsümü avqustun 2-də tamamlamaq niyyətində olduqlarını bildirib. Açıqlamada, İtaliya hökümətinin və UEFA-nın son qərar və məsləhətlərinin dəyərləndirildiyi və cari mövsümün sonunu 2 avqust olaraq müəyyənləşdirilməsi üçün yaxın vaxtlarda rəsmi qərarın veriləcəyi bildirilib.

Qeyd edək ki, bu qərarın rəsmiləşməsi üçün İtaliya hökümətinin cavabı gözlənilir.