çərşənbə, 14 may 2025

DÜNYA FUTBOLU

PSJ-nin Mbappe planı

24.04.2020 12:16 Oxundu 805


PSJ futbolçusu Kilian Mbappeylə yeni müqavilə imzalamaq niyyətindədir.

Cempion.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubu koronavirusa görə yarana biləcək maliyyə böhranına baxmayaraq, Mbappeni nə olur olsun, komandada saxlamaq istəyir.

Fransalı ulduz futbolçu ilə İspaniyanın “Real” klubu yaxından maraqlanır. Lakin koronavirusa görə maliyyə şərtləri dəyişib və 21 yaşlı hücumçunun “kral klubu”na keçidi də sual altındadır.

Qeyd edək ki, Mbappenin PSJ ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.