24.04.2020 13:07
956


"Sumqayıt"ın təcrübəli müdafiəçisi Rail Məlikov cempion.az sayıtına müsahibə verib:
- Rail, necəsən?
- Sağ olun, yaxşıyam
- Koronavirusa görə Avropa klubları maaşları azaldır sizə də bu təklif olunsa münasibətiniz necə olar? Ümumiyyətlə belə söhbət olub mu?
- Belə bir söhbət klubmuzla olmayıb. Əgər klubdan nəsə göstəriş gəlsə bizdə öz köməklikmizi edərik.
- Yardım aksiyaları keçirilir hər hasinasa qosulmusuz və yaxud yardım etdiyiniz şəxslər olubmu?
- Ümumiyyətlə bu barədə danışmaq istəmirəm.Bu mənim şəxsi məsələmdir. İstəmirəm ki, kimsə nəsə bilsin.
- UEFA-nın son qərarına əsasən yarımçıq dayandırılan daxili çempionatlar bərpa olunmasa, komandalar mövcud turnir cədvəlinə əsasən avrokuboklara gedəcək. Belə olan halda isə hazırda sizin çıxış etdiyniz "Sumqayıt" komandasının da ilk dəfə avrokuboklarda iştirak şansı olacaq. Buna münasibətiniz?
- Biz istəyirik ki, çempionat axıra kimi getsin. Klub olaraq istəyirik ki, öz haqq etdiymiz yerə çataq. Premyer Liqa davam etsə, daha da maraqlı olacaq. Xeyirlisi nədir o da olsun.Əsas odur ki, çempionatın səviyyəsi aşağı düşməsin.