bazar ertəsi, 29 iyun 2026

DÜNYA FUTBOLU

Jesusdan xeyirxah addım

24.04.2020 14:57 Oxundu 834


Futbol üzrə Braziliya millisinin və “Mançester Siti”nin futbolçusu Qabriel Jesus koronavirus pandemiyası ilə mübarizəyə dəstək olub.

Cempion.az xarici mətbuata istinadən xəbər verir ki, 23 yaşlı futbolçu, doğulduğu San Paulonun kasıb məhəllərinin sakinlərinə yardım edib. O, bu məhəllələrə 3 ton qida bağışlayıb.