çərşənbə, 14 may 2025

BİZİM FUTBOL

Prosineçki təkzib elədi: "Azərbaycandan heç kimlə əlaqə qurmamışam"

24.04.2020 16:26 Oxundu 839


"Kayserispor"un baş məşqçisi Robert Prosineçki millimizi çalışdıracağı ilə bağlı xəbərlərə növbəti dəfə münasibət bildirib.

Cempion.az xəbər verir ki, xorvat mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində bu iddiaları təkzib edib: "Bunu kimin yazdığını bilmirəm. Bunların heç biri olmayıb. Azərbaycandan heç kimlə əlaqə qurmamışam. Belə xəbərlər həqiqət deyil".

Xatırladaq ki, Prosineçki 2014-17-ci illərdə milli komandamızın baş məşqçisi işləyib.