25.04.2020 10:15
643

Martın 12-də koronavirus pandemiyası səbəbilə dayandırılan futbol üzrə Niderlend çempionatı ləğv edilib.
Cempion.az yerli federasiyanın məlumatına istinadən xəbər verir ki, bu mövsüm çempion elan olunmayacaq və yüksək liqanı heç bir komanda tərk etməyəcək. Yeni mövsüm hazırkı 18 klubun iştirakı ilə başlayacaq.
Avrokuboklara vəsiqələrin sahibi isə turnir cədvəlindəki sıralamaya əsasən müəyyənləşəcək.