çərşənbə, 14 may 2025

DÜNYA FUTBOLU

"Tottenhem"li futbolçu "Barselona"nın hədəfində

25.04.2020 13:49 Oxundu 890

İspaniyanın "Barselona" klubu "Tottenhem"də forma geyinən Tanquy Ndombeleni transfer etmək istəyir.

Cempion.az İspaniya mətbuatına istinadən xəbər verir ki, kataloniya təmsilçisi bu transfer üçün iki oyunçusu Samuel Umtiti və Nelson Semedonu London klubuna göndərməyə hazırdır. Bu transfer üçün "Barselona" klubu "Tottenhem" rəsmilərindən cavab gözləyir.

Qeyd edək ki,  mövsümün əvvəlində "Tottenhem"in heyətinə cəlb olunan Tanquy Ndombele klub tarixinin ən bahalı futbolçusu oldu.