çərşənbə, 28 may 2025

DÜNYA FUTBOLU

Mourinyo kimə zəng vurub?

25.04.2020 18:00 Oxundu 845


"Tottenhem"in baş məşqçisi Joze Mourinyo PSJ-nin futbolçusu Tomas Menye ilə yaxından maraqlanır.

Cempion.az "L`Equipe" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis 28 yaşlı müdafiəçiyə zəng edib. O, Menyeni London klubunda oynamağa inandırmağa çalışıb.

Qeyd edək ki, T.Menye 2016-cı ildən Paris təmsilçisinin şərəfini qoruyur.