çərşənbə, 14 may 2025

DÜNYA FUTBOLU

"Arsenal" Obameyanqı hansı kluba satmaq istəyir?

25.04.2020 19:28 Oxundu 808


"Arsenal" hücumçusu Pyer-Emerik Obameyanqla yollarını ayırmağa hazırdır.

Cempion.az xəbər verir ki, London təmsilçisi qabonlu hücumçu üçün gələcək təklifləri dəyərləndirmək fikrindədir.

"Topçular"da həftəlik 200 min funt-sterlinq qazanan qabonlu oyunçu ilə daha öncə "Barselona" və "İnter" maraqlanırdı. Obameyanq 2018-ci ildən "Arsenal"da çıxış edir. O, bu mövsüm 32 oyunda 20 qol vurub.