çərşənbə, 14 may 2025

DÜNYA FUTBOLU

"Qalatasaray"dan ayrılmağı düşünmür

25.04.2020 20:12 Oxundu 846


"Qalatasaray"ın futbolçusu Radamel Falkao komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Cempion.az xəbər verir ki, kolumbiyalı hücumçu İstanbul klubunda xoşbəxt olduğunu deyib:

"Qalatasaray"dan ayrılmağı düşünmürəm. Burada hədəflərim var. Ailəm də İstanbulda olmaqdan məmnundur. Çin və Qətərdən gələn təkliflərlə maraqlanmıram. Əgər seçimim daha çox pul qazanmaq olasydı, "Monako"dan birbaşa bu ölkələr gedərdim".

34 yaşlı hücumçu Kolumbiya millisi ilə DÇ-2022-də çıxış etmək arzusunda olduğunu sözlərinə əlavə edib. Falkao bu mövsüm "sarı-qırmızılar"da 14 oyunda 9 qol vurub, 1 assist edib. Təcrübəli futbolçunun "Qalatasaray"la 2 illik sözləşməsi qalıb.