çərşənbə, 14 may 2025

DÜNYA FUTBOLU

Ekvador Futbol Federasiyasının prezidenti vəzifəsindən uzaqlaşdırıldı

26.04.2020 12:33 Oxundu 666


Ekvador Futbol Federasiyasının prezidenti Fransisko Eqas vəzifəsindən uzaqlaşdırılıb.

Cempion.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Eqas, Ekvador Futbol Federasiyasının Direktorlar Şurasının qərarıyla vəzifəsindən qovulub. Buna səbəb, prezidentin iş qaydalarını pozması olub.

Direktorlar Şurasının 9 üzvünün 6-sının ortaq qərarına əsasən federasiyaya vitse-prezident Xayme Estrada rəhbərlik edəcək. Eqas, 2019-cu ildən Ekvador Futbol Federasiyasına rəhbərlik edirdi.