çərşənbə, 14 may 2025

DÜNYA FUTBOLU

Daha bir ölkədə çempionat dayandırıldı

26.04.2020 13:38 Oxundu 798


Tacikistanda bütün daxili yarışlar koronavirus pandemiyası səbəbindən müvəqqəti olaraq dayandırılıb.

Cempion.az xəbər verir ki, bu barədə yerli futbol federasiyasının rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, liqalar hökumətin əhalinin sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədilə ictimai və idman tədbirlərinə qadağa qoymasından sonra təxirə salınıb.

Buna baxmayaraq, çempionatın IV turunun bu günə planlaşdırılan bütün görüşləri baş tutacaq. Tacikistan çempionatı koronavirus pandemiyasına baxmayaraq dünyada davam edən nadir liqalardan biri idi.