çərşənbə, 14 may 2025

DÜNYA FUTBOLU

“Barselona” futbolçusuna qiymət qoydu

26.04.2020 15:47 Oxundu 842


“Barselona” klubu futbolçusu Nelson Semedonun transfer dəyərini müəyyənləşdirib.

Cempion.az xəbər verir ki, bu barədə “Diario Sport” nəşri məlumat yayıb. Kataloniya təmsilçisi 26 yaşlı müdafiəçiyə 45 milyon avro qiymət qoyub.

“Barselona” ilə 2022-ci ilə qədər müqaviləsi olan Semedonun mövsümün sonunda komandadan ayrılacağı gözlənilir.