bazar, 21 dekabr 2025

DÜNYA FUTBOLU

"5 milyon avro üçün həyatımı təhlükəyə atmayacağam”

27.04.2020 11:12 Oxundu 864

"Bəlkə də oynamaq istəyən ilk futbolçu mənəm, çünki futbol üçün darıxıram. Amma hər gün 400 nəfər öldüyü halda, niyə hər şeyi dayandırmırıq?"

Cempion.az xəbər verir ki, bu sözləri İspaniyanın Sequnda təmsilçisi “Kadis”in futbolçusu Fali Ximenes koronavirus pandemiyası səbəbiylə dayandırılan çempionatla bağlı danışarkən deyib.

26 yaşlı müdafiəçi İspaniya mətbuatına açıqlamasında liqanın bərpa olunacağı halda, meydana çıxmaqdan imtina edəcəyini bildirib:

"Futbolçular bir neçə ay məvacib almamalarına baxmayaraq, sabit həyat yaşaya bilirlər. Hətta bir dilim çörək və zeytun yağı yeməyə razı olaram, amma ailəmi təhlükəyə atmaram. Pul sağlamlıqdan daha vacibdir? 5 milyon avro üçün həyatımı təhlükəyə atmayacağam”.