27.04.2020 13:00
869
869

"Sumqayıt" Əmir Ağayevə yeni müqavilə təklif edib.
Cempion.az-a daxil olan məlumata görə, klub cari mövsümü yaxşı keçirən yarımmüdafiəçini daha 1 il heyətində saxlamaq istəyir.
Lakin milli komandaya da dəvət alan futbolçu "Sumqayıt"a qalmaqda maraqlı deyil. İş ondadır ki, onun xidmətində maraqlı olan daha iddialı klublar var. Həm Azərbaycanda, həm də İsraildə. Özü də daha yüksək maaş təklifi ilə. Məhz bu səbəbdən Əmir "Sumqayıt"a "hə" demək fikrində deyil.